Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb.
Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.