AZ

Zelenski Putinə cavab verib

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə deyib.

“Bizə əsl atəşkəs lazımdır. Bizə müharibəyə real son lazımdır. Ukrayna ən yüksək səviyyədə görüşməyə hazırdır - bu, məhz qərarlar səviyyəsidir”, - Zelenski vurğulayıb.

Ukrayna prezidenti bildirib ki, öz“konstitusion səlahiyyətləri üç müddət keçsə belə”,qərar qəbul edən və müvafiq səlahiyyətlərə malik olan şəxslərlə, xüsusən də Rusiya prezidenti Vladimir Putinlə istənilən formatda görüşməyə hazırdır.

- Prezident Trampın indiki hakimiyyəti dövründəmüharibəyə son qoyulması arzuolunandır. Mən onun köməyinə, ABŞ-nin təsirinə çox ümid edirəm. Bu kömək edə bilər”,- Volodimir Zelenski bildirib.

Kiyev: “İstanbul formatı effektli deyil”| VİDEO
Bundan əvvəl, Ukraynanın Xarici İşlər nazirinin birinci müavini Sergey Kislitsa da danışıqların indiki formatının yaranmış vəziyyəti dəyişməyə qadir olmadığını və yalnız prezidentlərin şəxsi görüşlərinin bu məsələdə müsbət nəticə verə biləcəyini iddia edib.

Xatrıladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin də Zelenski ilə görüşməyə hazır olduğunu, lakin məsələnin Ukrayna hakimiyyətinin“legitimliyi”“sənədlərin kimin imzalayacağı”ilə bağlı oladuğunu bildirib.

Rusiya hakimiyyətinin iddiasına görə, Ukrayna liderinin səlahiyyətləri başa çatığından Volodimir Zelenski artıq legitim prezident sayıla bilməz.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
17
azvision.az

1Mənbələr