AZ

İsrail Tehran, Təbriz və Kirmanşahda strateji obyektləri vurub - IDF

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin 50 qırıcısı Tehranda İranın nüvəproqramının “prioritet hədəflərinə” və raket hissələrini istehsaledən obyektlərə hücumlar edib.

Trend xəbər verirki, bu haqda İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətiməlumat yayıb.

Bundan əlavə, IDF-nin başqa bir məlumatına əsasən, İsrail HHQ-yəaid 25-ə yaxın qırıcı Təbriz və Kirmanşah şəhərlərində 35-dən çoxraket anbarı və buraxılış məntəqələrini məhv edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
79
3
az.trend.az

9Mənbələr