Liviya və Azərbaycanı uzun illərdir ənənəvi isti münasibətlər bağlayır.
Bu barədə “Report”un sualını cavablandıran Liviyanın Azərbaycandakı səfiri Əli Salem Naser bildirib.
“1995-ci ildən bəri ölkələrimiz arasında əla münasibətlər mövcuddur. Bu münasibətlərin daha da inkişafı üçün səy göstəririk”, - səfir vurğulayıb.
O həmçinin Laçına səfərindən məmnunluğunu ifadə edib. Səfir Qarabağın infrastrukturunun bərpası və inkişafının yüksək tempini qeyd edib.