AZ

Liviya səfiri: Azərbaycanla bizi ənənəvi isti münasibətlər bağlayır

Liviya və Azərbaycanı uzun illərdir ənənəvi isti münasibətlər bağlayır.

Bu barədə “Report”un sualını cavablandıran Liviyanın Azərbaycandakı səfiri Əli Salem Naser bildirib.

“1995-ci ildən bəri ölkələrimiz arasında əla münasibətlər mövcuddur. Bu münasibətlərin daha da inkişafı üçün səy göstəririk”, - səfir vurğulayıb.

O həmçinin Laçına səfərindən məmnunluğunu ifadə edib. Səfir Qarabağın infrastrukturunun bərpası və inkişafının yüksək tempini qeyd edib.

Seçilən
15
report.az

1Mənbələr