Xəbər verdiyimiz kimi, dünən tanınmış aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızıb. O, dərhal xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının Manset.az-a verdiyi məlumata görə, aktyor hazırda Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasında müalicəsini davam etdirir.
Vüsal Murtuzəliyevin vəziyyəti stabildir. Yaxın saatlarda müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürüləcəyi gözlənilir.