Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qobustan Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlərin həcmi ildən-ilə artır. 50 minə yaxın əhalisi olan rayonda yerləşən Qobustan RMX Publik Hüquqi Şəxs (PHŞ) 70 çarpayılıq xəstəxana kimi fəaliyyət göstərir. Burada 14 tibbi, 7 qeyri-tibbi şöbə mövcuddur və ümumilikdə 349 əməkdaş çalışır. Onlardan 61-i həkim, 89-u orta tibb işçisi, 199-u isə digər sahələrdə fəaliyyət göstərir.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-in Qobustan RMX-a təşkil etdiyi mediatur zamanı məlumat verilib.
Xəstəxanada ginekoloji, LOR, uroloji, oftalmoloji, travmatoloji və keysəriyyə kimi müxtəlif əməliyyatlar həyata keçirilir.
Statistik göstəricilər də artımı təsdiqləyir:
- 2023-cü ildə xəstəxanaya 77 min 410 müraciət daxil olub, 230 əməliyyat, 5 doğuş baş tutub. Radioloji xidmətlərdən 24 min 530, laboratoriya xidmətlərindən isə 44 min 350 nəfər yararlanıb.
- 2024-cü ildə 107 min 200 xəstə qəbul edilib, 936 əməliyyat, 34 doğuş həyata keçirilib. Radioloji xidmətlərdən 36 min 820, laboratoriya xidmətlərindən 105 min 850 nəfər istifadə edib.
- 2025-ci ilin ilk 5 ayında isə artıq 44 min 320 xəstə qəbul olunub, 155 əməliyyat və 12 doğuş baş tutub. Radioloji xidmətlər 22 min, laboratoriya xidmətləri isə 65 min 800 nəfəri əhatə edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.