Qobustan Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi xidmətlərin həcmi ildən-ilə artır. 50 minə yaxın əhalisi olan rayonda yerləşən Qobustan RMX Publik Hüquqi Şəxs (PHŞ) 70 çarpayılıq xəstəxana kimi fəaliyyət göstərir. Burada 14 tibbi, 7 qeyri-tibbi şöbə mövcuddur və ümumilikdə 349 əməkdaş çalışır. Onlardan 61-i həkim, 89-u orta tibb işçisi, 199-u isə digər sahələrdə fəaliyyət göstərir.Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-in Qobustan RMX-a təşkil etdiyi mediatur zamanı məlumat verilib. Xəstəxanada ginekoloji, LOR, uroloji, oftalmoloji, travmatoloji və keysəriyyə kimi müxtəlif əməliyyatlar həyata keçirilir.Statistik göstəricilər də artımı təsdiqləyir:- 2023-cü ildə xəstəxanaya 77 min 410 müraciət daxil olub, 230 əməliyyat, 5 doğuş baş tutub. Radioloji xidmətlərdən 24 min 530, laboratoriya xidmətlərindən isə 44 min 350 nəfər yararlanıb.- 2024-cü ildə 107 min 200 xəstə qəbul edilib, 936 əməliyyat, 34 doğuş həyata keçirilib. Radioloji xidmətlərdən 36 min 820, laboratoriya xidmətlərindən 105 min 850 nəfər istifadə edib.- 2025-ci ilin ilk 5 ayında isə artıq 44 min 320 xəstə qəbul olunub, 155 əməliyyat və 12 doğuş baş tutub. Radioloji xidmətlər 22 min, laboratoriya xidmətləri isə 65 min 800 nəfəri əhatə edib.Sevinc İbrahimzadə / Metbuat.az