AZ

Çili millisinin müdafiəçisi İngiltərəni Fransaya dəyişdi

ain.az, sport24.az saytına istinadən bildirir.

Fransisko Sierralta "Uotford"dan "Oser"ə keçib. 28 yaşlı çilili fransız klubu ilə 4 illik müqavilə imzalayıb. O, yeni komandasında 4 nömrəli formanı geyinəcək. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, Fransa klubu buna görə qarşı tərəfə 2 milyon funt-sterlinq təzminat ödəyəcək.

Sierralta 2020-ci ildən İngiltərə klubunda çıxış edir. O, karyerası ərzində "Empoli", "Udineze", "Parma", "Qranada" və "Palestino" kimi klubların formasını geyinib.

Qeyd edək ki, müdafiəçi İngiltərə klubunun heyətində 2024/25 mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb. O, həmçinin Çili millisində 15 oyun keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
sport24.az

1Mənbələr