AZ

"İran bir neçə həftəyə nüvə silahı yarada bilər" - Ağ Ev

İran rəhbərliyi əmr verərsə, bir neçə həftə ərzində nüvə silahı yarada bilər. 

News365.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.

 "İranın nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var. Bunun üçün Ali Rəhbərin qərarı lazımdır. Bu silahların istehsalı bir neçə həftə çəkəcək", - deyə sözçü bildirib.

O, belə bir ssenarinin təkcə İsrail və ABŞ üçün deyil, bütün dünya üçün ekzistensial təhlükə olacağını vurğulayıb.

Onun sözlərinə görə, bütün dünya, o cümlədən Rusiya Tehranın nüvə silahı əldə etməməsi ilə razılaşır.

İsraillə İran arasında eskalasiya iyunun 13-nə keçən gecə İsrail dövlətinin İran ərazisindəki nüvə və hərbi obyektlərə hücumu ilə başlayıb.

Seçilən
27
3
news365.az

10Mənbələr