AZ

ABŞ bir sıra sahələrdə Rusiyanın NATO-dan üstün olduğunu bəyan edib

ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Aleks Verşinin bildirib ki, Rusiya hərbi, texniki hazırlıq baxımından NATO-dan əhəmiyyətli dərəcədə üstündür və Şimali Atlantika Alyansının döyüş üsulları haqqında fikirləri köhnəlib...

Poliqon xəbər verir ki, bu barədə Responsible Statecraft məlumat yayıb.

O vurğulayıb ki, alyans rəhbərliyi hələ də öz doktrinasını, avadanlıqlarını və peşəkar hazırlığını yeni şəraitə uyğunlaşdırmayıb.

Verşinin əlavə edib ki, blokun Baltikyanı ölkələrində keçirdiyi son təlimlər zamanı fransız qoşunları pilotsuz uçuş aparatlarından istifadə etmədən atıcı silahlardan istifadə etməklə izdihamın içində səngəri təmizləməyə cəhd ediblər. Polkovnik-leytenant vurğulayıb ki, eyni zamanda Rusiya ordusu hər səviyyədə pilotsuz təyyarələrdən istifadə edir.

O, hesab edir ki, Rusiya tərəfi döyüş əməliyyatlarının müasir reallıqlarına yaxşı uyğunlaşıb, həmçinin qabaqcıl texniki vasitələrə yiyələnib.

Poliqon.info 

Seçilən
24
poliqon.info

1Mənbələr