AZ

İspaniya NATO-nun hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq təklifini rədd edib

Bakı, 20 iyun, AZƏRTAC

İspaniya hökuməti NATO-nun baş katibi Mark Rüttenin qarşıdakı sammit ərəfəsində müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırılması ilə bağlı müraciətini rədd edib.

AZƏRTAC İspaniyanın RTVE telekanalına istinadla xəbər verir ki, bu barədə krallığın Baş naziri Pedro Sançes məktubla məlumat verib. O, belə bir öhdəliyin yalnız əsassız deyil, həm də əks-təsirli ola biləcəyini bildirib. Baş nazirin fikrincə, hər bir NATO üzvü bu cür xərclərə hazır olub-olmadığına özü qərar verməlidir.

Bununla yanaşı, Sançes İspaniyanın NATO qarşısında tam sadiqliyini vurğulayıb və ölkəsinin “qarşıdakı illərdə öz öhdəliklərini yerinə yetirməyə davam edəcəyini” və “Avropanın təhlükəsizlik arxitekturasına aktiv töhfə verəcəyini” bəyan edib.

Seçilən
14
2
azertag.az

3Mənbələr