AZ

“Yeni mövsümdə bu müqavilədən 280 milyon avro gəlir əldə olunacaq”

“Barselona”nın prezidenti Xuan Laporta klubun iqtisadi vəziyyəti və gələcək planları ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun artıq maliyyə sabitliyini təmin etdiyini və müsbət nəticələrə doğru irəlilədiyini bildirib:

“Biz iqtisadi vəziyyətin gücləndirilməsi üzərində işləyirik. Kluba qayıtdığımız zaman yaşadığımız çətinliklərin təkrar olunmasını istəmirik. Artıq sabitlik mərhələsindən keçərək, müsbət nəticəyə çatmışıq.

“La Masiya” futbolçuları sıfır dəyərdə deyil. Məsələn, Lamin Yamal dünya səviyyəli oyunçudur.

Eləcə də, Frenki De Yonq, Pedri, Rafinya kimi fərqli futbol mədəniyyətindən gələnlər kluba ciddi dəyər qatır. Bu da komandaya həm mövcud, həm də gələcək üçün zəmanət verir”.

Laportanın açıqladığına görə, bu mövsüm klubun gəliri 980 milyon avroya çatacaq və tarixdə ilk dəfə illik büdcə 1 milyard avronu keçəcək.

Bilet satışından 44 milyon avro artıq gəlir əldə olunub. Hətta komanda “Kamp Nou”nun yenilənməsi səbəbindən “Monjuik” stadionunda çıxış etsə də.

Kommersiya baxımından ən əhəmiyyətli hadisə isə Amerikanın “Nike” şirkəti ilə imzalanmış böyük sponsorluq müqaviləsidir:

“Yeni mövsümdə bu müqavilədən 280 milyon avro gəlir əldə olunacaq. Vitse-prezident Rafael Yuste bu sahədə böyük işlər görüb. Klubun BLM vasitəsilə merçandayzinq sahəsində tarixi gəlirə nail olunub.

Ötən mövsüm 100 milyon avrodan çox, bu mövsüm isə 140–150 milyon avro beynəlxalq ticarətdən gəlir əldə etmişik. İqtisadi dirçəlişin bu mərhələsini görmək bizə sevinc verir”.

Seçilən
29
sportinfo.az

1Mənbələr