BAKI, 20 iyun. TELEQRAF
Ehtiraslanan zaman keçmiş sevgili haqqında düşünməkdə utancverici heç nə yoxdur. Çünki siz tək deyilsiniz. Kişilərin 76, qadınlarınsa 59 faizi yataqda köhnə sevgililərini xəyallarında canlandırırlar.
Teleqraf xəbər verir ki, bu qənaətə seksoloq Kristi Overstreet gəlib.
"Narahat olmağa dəyməz. Cinsi performansınızı yaxşılaşdırmaq üçün keçmişdən istifadə edə bilərsiniz" - deyə, K.Oversteet bildirib.
Psixoterapevt Pamela Stevenson Connolly isə əlavə edir ki, qadağan olunmuş meyvə şirindir, buna görə də artıq birlikdə ola bilməyəcəyiniz biri barədə seksual xəyallarınız həyəcanvericidir. Təkcə subaylar deyil, evlilər də seks zamanı xəyal qururlar.