ain.az, 525.az saytına istinadən bildirir.
Hindistanın "Air İndia" aviaşirkətinin pilotu uçuşa bir neçə dəqiqə qalmış başqa pilotla əvəzlənib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb pilotun təyyarə uçuş zolağına yaxınlaşdığı zaman panik atak keçirməsi olub.
Bu barədə dispetçerə dərhal məlumat verilib və Kopenhagenə uçmalı olan "Boeing 787" zolaqdan kənarlaşdırılıb. Hər halda bir qədər sonra təyyarə başqa pilotla havaya qalxıb və 2 saat 31 dəqiqə gecikmə ilə Danimarka paytaxtına çatıb.
Qeyd edək ki, pilotun həyəcanlanmasına səbəb kimi bir neçə gün əvvəl "Air İndia"ya məxsus təyyarənin Əhmədabad yaxınlığında qəzaya uğraması göstərilir.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.