AZ

Britaniya Azərbaycan münasibətlərindəmöhtəşəm hadisələr baş verib Səfir

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bakıda Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld deyib ki, Böyük Britaniya və Azərbaycan arasında münasibətlər son on iki ayda möhtəşəm hadisələrlə yadda qalıb. Britaniyanın Azərbaycandakı səfiri kimi ən qürurlu iki həftəm COP29 zamanı oldu. Böyük Britaniya və Azərbaycan qlobal iqlim məsələsinə cavab vermək üçün birlikdə çalışdılar.

Diplomat söyləyib ki, Azərbaycan tədbirə mükəmməl ev sahibliyi etdi: "Biz bu prosesdə Azərbaycanı dəstəklədik və tədbirin uğurlu nəticəyə gəlməsi üçün əlimizdən gələni etdik. Eyni zamanda, Ker Starmer Azərbaycana səfər edən vəzifədə olan ilk Britaniya Baş naziri oldu.

Mənim iqamətgahım nazirlər və yüksək vəzifəli şəxsləri, biznes liderlərini, universitet və QHT nümayəndələrini qəbul edərək, tipik Airbnb mənzilinə oxşadı.

İki min iyirmi beşinci ildə bu günə qədər baş verənlərə nəzər salmaq istəyirəm.

Yanvar ayında, Azərbaycanda ilk rezident müdafiə ataşemiz – leytenant komandir Gavin Tarbardı təyin etdik. Aprel ayında, enerji naziri Pərviz Şahbazovu, iqtisadiyyat və ticarət üzrə Birgə Hökumətlərarası Komissiyamızın iclası üçün  Londonda qəbul etdik.

İkitərəfli ticarət və investisiya sahəsində daha yüksək ambisiyaları müəyyənləşdirdik.

Bu axşam elan edə bilərəm ki, ölkənin sürətlə genişlənən hava yükdaşıma şirkəti Silk Way West üçün aerokosmik əməliyyat çərçivəsində UK

Export Finance Azərbaycanda ilk dəstəyini həyata keçirib.

Səfir deyib ki,  Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirirlər:

"Böyük Britaniya olaraq, biz Ukraynanı nə qədər lazımdırsa dəstəkləyəcəyik".

O əlavə edib ki, son səkkiz ay möhtəşəm oldu,  lakin qarşıda daha gözəl hadisələr baş verəcək: "Böyük Britaniya şirkətləri Qarabağdan Xəzər sahilinə qədər Azərbaycanın gələcək mənzərəsini dizayn etməyə kömək edir.

Enerji əməkdaşlığımızdada yeni səhifə açılır və biz Azərbaycanın diversifikasiya siyasətinə dəstək veririk.

British Council və Britaniya universitetləri,  Lənkərandan Naxçıvana qədər Azərbaycanın müxtəlif universitetləri ilə əməkdaşlıq edirlər.

İstedadlı gənc azərbaycanlılar burada ingilis dilindən tutmuş maliyyə xidmətlərinə qədər Britaniya ixtisaslarına yiyələnirlər ki, bu da onlara peşəkar arzularını həyata keçirməkdə köməklik edəcək.

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin sayının artması bizi sevindirir. Təhsillərini başa vurduqdan sonra onlar bacarıq və biliklərini ölkənin inkişafına yönəldirlər.

Keçən ay, azərbaycanlı futbol veteranları, amputantlar və qadın futbolçularla  əfsanəvi Tofiq Bəhramovun yüz illiyinə həsr olunmuş xüsusi oyunda oynamaqdan böyük həzz aldım.

Biz bütün azərbaycanlıların təhlükəsiz, firavan və ədalətli gələcəyə töhfə verə biləcəyini hiss etdiyi inklüziv liderliyi təşviq edirik".

Ferqus Auld əlavə edib ki, indi şimal və cənubda narahatlıq doğuran zamanlardır. Belə vaxtlarda kimlərin zamanla həqiqi dost olduğunu tanımaq lazımdır: "Dost dar gündə tanınar. Səfir kimi mənim üçün şərəfdir ki, Azərbaycan belə dostlardan biri kimi Böyük Britaniyaya arxalana bilər".

Azərbaycan Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Elmar Məmmədov deyib ki, Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələri strateji əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdikdən, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar açdıqdan sonra tarixi mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sərmayə qoyuluşu baxımından böyük potensiala malikdir. Böyük Britaniya ilə əməkdaşlığımız bu yaxınlarda bərpa olunan enerji sektorunu da əhatə etməklə genişlənib. BP-nin Cəbrayıl rayonunda "Şəfəq" günəş elektrik stansiyasının tikintisinə dair investisiya qərarı bu sahədə yeni mərhələnin başlanğıcını göstərir. Bu ilin aprelində Londonda keçirilən Birgə Hökumətlərarası Komissiyanın sonuncu iclası əməkdaşlığımızın miqyasını bir daha nümayiş etdirdi.

E.Məmmədov qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında daimi siyasi dialoqa, güclü iqtisadi əlaqələrə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan güclü və dərinləşən ikitərəfli münasibətlər mövcuddur:

“Zaman keçdikcə ikitərəfli münasibətlərimizin gündəliyi genişlənərək enerji, ticarət, təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla, bir çox strateji sahələri əhatə edib”.

Əlavə edib ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəli qarşılıqlı səfərlər, strateji dialoq çərçivəsində mütəmadi görüşlər, o cümlədən siyasi məsləhətləşmələr vasitəsilə davam etdirilməsi əlaqələrimizin daha da inkişafı üçün həlledici əhəmiyyətə malikdir. XİN rəsmisi Azərbaycanla  Böyük

Britaniya arasında tərəfdaşlığın hüquqi bazasının genişləndirilməsi istiqamətində addımlar atıldığını da vurğulayıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
525.az

1Mənbələr