AZ

Sənaye parklarına tətbiq edilən çoxsayılı vergi, gömrük, kommunal  güzəştləri və subsidiyalar…

Bəs onlar məhsul istehsalında və ixracatında özlərini doğruldurlarmı?

Son 15 ildə ölkəmizdə sənayeləşmə xeyli sürətlənib. Bu məsələdə həm də innnovativ metod və təcrübələrdən əhəmiyyətli  dərəcədə istifadə olunub. Belə ki, ölkəmizdə yaradılan sənaye parklarında qabaqcıl texnologiyalardan və inkişaf etmiş ölkələrin təcrübələrindən səmərəli şəkildə istifadə olunub.

Bəs sənaye parkları nədir və ondan isitifdə ölkə iqtisadiyyatına  hansı uğurlar gətirir? İlk növbədə sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan bir təsisiadır. Həmçinin sənaye parkları müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Bu gün ölkəmizdə  9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.

Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Onların  rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə güzəştlər- kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.

Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.

2015-ci ildən 2025-ci il 1 yanvar tarixinə kimi sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

Bundan başqa, qeyd edilən vergi və gömrük güzəştlərindən əlavə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün daha çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, onlara xüsusi güzəştli bank kreditləri (90%-dək dövlət zəmanəti, 10% subsidiya) verilir. Kommunal ödənişlərinə 20 faizədək kəşbək tətbiq edilir. Onların dividend gəlirləri də vergidən azad olunur. Sosial sığorta ödənişləri üzrə dövlət subsidiyası ayrılır. Mənfəətin və kapitalın repatriasiyasın vergidən tam azad edilir. Xammal idxalında gömrük və ƏDV güzəştləri tətbiq olunur.

Bütün bu rəqəm və faktlara əsaslanaraq demək olar ki, Azərbaycanda qeyri neft seektorunun inkişafı artıq bir gerçəklikdir. Xüsusilə ixraacatda bu sahənin payının artması iqtisadi inkişafın ən bariz nümnəsidir.

Elçin Zaman, «İki sahil»

Seçilən
13
ikisahil.az

1Mənbələr