AZ

Azərbaycanda bu şəxslər çətin durumda: İki ölkə köməyə çatdı

  İran və İsrail arasında yaşanan gərginlik turizm sektorunda ciddi çətinliklərə səbəb olub. Belə ki, Azərbaycanda yüzlərlə tur paket ləğv edilib, Yaxın Şərq ölkələrindən olan turistlər reyslərin təxirə salınması səbəbilə qayıda bilməyiblər. Hazırda onların bir qismi otellərə ödəniş edə bilmir, digər maddi çətinliklərlə üzləşir. Reyslərin nə zaman bərpa olunacağı isə hələlik bəlli deyil.

Mövcud vəziyyətdən çıxış yolu nədir?

Globalinfo.az-a danışan turizm eksperti Ramin Zamanov deyib ki, hazırda bu sahədə vəziyyət kifayət qədər ağırdır:

“İran və İsrail arasındakı gərginlik təkcə Azərbaycana deyil, ümumilikdə dünya üzrə turizm sektoruna təsir göstərir. Yaxın Şərqdən gələn turistlərin əksəriyyəti artıq Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə öz ölkələrinə təxliyə olunub. Az sayda turistlər də yaxın zamanda dönməyi planlaşdırırlar”.

Ekspertin sözlərinə görə, təxliyə prosesi adətən turizm şirkətləri və ya fərdi şəxslərin öz vəsaiti hesabına həyata keçirilir:

“Bu məsələ Azərbaycanın birbaşa müdaxiləsi ilə həll olunmur. Tezliklə Pakistan və Hindistan istiqamətində reyslərin bərpası gözlənilir. Turizm sektoru ilə bağlı diqqətimizi isə Uzaq Şərq ölkələrinə yönəltməlik. Turist sayını artırmaq üçün bu regionlardan gələnlərə üstünlük verməliyik”.  

Seçilən
7
referans.az

1Mənbələr