AZ

Xocavənddə fərdi yaşayış evlərinin tikintisini 2 şirkət həyata keçirəcək

BAKI, 19 iyun. TELEQRAF

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində fərdi yaşayış evlərini təmir edəcək.

Teleqraf xəbər verir ki, qurum təmir işlərinin icrası üçün iki podratçı ilə razılaşıb. Bunlar “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC konsorsiumu ilə razılaşıb. Bunun üçün şirkətlərə 7 milyon 454 min 969 manat vəsait ödənəcək.

Müvafiq işlərin görülməsinə bu ayın 10-dan başlanılıb, sentyabrın 7-ə qədər bitməyi planlaşdırılır.

“Frekans Construction and Energy Company”nin nizamnamə kapitalı cəmi 10 manatdır. MMC 2009-cu ildə yaranıb. Hüquqi şəxs Ömərov Qüdrət Bayram oğlunun rəhbərliyi ilə 2023-cü ilin noyabrına qədər "Şəhərgah" MMC adı ilə, 2023-cü ilin noyabrından isə adı dəyişdirilərək"Frekans Construction and Energy Company" MMC olub. Şirkətin hüquqi sahibi hazırda Məsimov Adil Bəhlul oğludur.

“Uğur Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi sahibi Hüseynəliyev Raufdur.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr