Bakı. Trend:
Bu ilin birinci rübündə Gürcüstanın Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 10,167 milyonABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 984 min ABŞ dolları və ya 10,7% artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Gürcüstandan yatırılan investisiyaların payı 0,7% təşkiledib.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Gürcüstaniqtisadiyyatına 30,424 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 24,356 milyonABŞ dolları və ya 5 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana həyatakeçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 9,7% təşkiledib. Bununla da hesabat dövrü ərzində Azərbaycanın ən çoxinvestisiya yatırım etdiyi ölkələrin sırasında Gürcüstaniqtisadiyyatı 2-ci yerdə mövqe tutub.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstandan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 9,183 milyon ABŞ dolları,Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə6,068 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,519 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.