AZ

''Fənərbaxça''da Acun Ilıcalıdan sonra daha iki yönətici ayrılmaq üzrədi

''Fənərbaxça''da sentyabrda keçiriləcək növbədənkənar seçkilərdən öncə rəhbərlik səviyyəsində vəziyyət gərgin olmaqda davam edir.

Məlum olduğu kimi iyunun 11-də vitse-prezident Acun Ilıcalı hər kəsi şoka salaraq istefa verdi. Halbuki o, başqan Əli Koçun sağ əli hesab olunurdu. Bu arada idarə heyətində daha bir neçə istefa gündəmdədi. ''Sözcü'' nəşrinin yazdığına inansaq, digər vitse-prezident Hamdi Akın da şəxsi səbəblər üzündən vəzifəsindən ayrılmağa hazırlaşır.

Bundan başqa idarə heyətinin daha bir üzvü - Səit Ərgün Özənin də ən qısa müddətdə istefasını rəhbərliyə təqdim edəcəyi gözlənilir. Amma istefalar bununla bitməyə bilər. Fanatlar başqan vəkili Erol Biləcikin də ayrılmasını tələb edir. Bütün bunları nəzərə alaraq Əli Koçun idarə heyətində hansı dəyişiliklər edəcəyi və seçkilərdən öncə ora hansı yeni isimlərin əlavə ediləcəyi maraq doğurur. Amma hazırda rəhbərliyin əsas gündəmi transferlərdi. ''Qalatasaray''ın Leroy Sane kimi dünya ulduzunu heyətinə qatması ''Fənər'' rəhbərliyinin üzərində təzyiqi artırıb.

Əli Koç rəhbərlik səviyyəsində yaşanan bu olayların hamısını belə desək, arxa plana atıb. O yeni transferlərin hazırlıq dönəminin startına qədər komandaya qoşulması üçün dəridən-qabıqdan çıxır. Çünki komandanın Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxış etməsi, eləcə də superliqada mövsümə uğurlu başlaması rəhbərliyin də xeyrinə olacaq. Belə olan təqdirdə Əli Koçun sentyabrdakı seçkilərdən öncə əli-qolu güclənəcək.

Seçilən
2
1
football-plus.az

2Mənbələr