AZ

Qubadlı rayonunda bir ay müddətindəBərgüşadçay su anbarının tikintisinə başlanacaq

BAKI. 19 iyun. TELEQRAF

Bərgüşadçay su anbarının Texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması yekunlaşıb və ekpertizayaya təqdim edilib. Yaxın vaxtlarda (1 aya) tikintisinə başlanması planlaşdırılır.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, su anbarının həcmi 67 milyon kubmetrdir və suvarma və içməli su təyinatlıdır. Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarının və ondan ayrılan magistral 62 km uzunluğunda boru xətti (D=3000mm) layihə sənədləri əsasında tikintisi ilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda təqribən 12 min hektar yeni torpaq sahəsinin suvarılması və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılması, habelə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı ravonları su istehlakçılarının yüksək keyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur.

Seçilən
37
6
teleqraf.com

7Mənbələr