AZ

Sabah ın sabiq baş məşqçisi Rusiya Premyer Liqasında ən yaxşı seçilib

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında azarkeşlərin səsverməsinə əsasən 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib. SİA xəbər verir ki, bu barədə Premyer Liqanın (RPL) mətbuat xidməti məlumat yayıb.

RPL-in saytında keçirilən səsvermədə M.Musayev bütün rəqiblərini üstələyib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Moskva ÇSKA-sından Marko Nikoliç və "Akron"dan Zaurbek Tedeyev tutublar.

Qeyd edək ki, "Krasnodar" M.Musayevin rəhbərliyi altında 2024/2025 mövsümünün qalibi olub. Komanda tarixində ilk dəfə Rusiya çempionu adını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
sia.az

4Mənbələr