AZ

AYNA reyd keçirdi, sürücülər cərimələndi

16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Yenisabah.az xəbər verir ki, onlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) keçirdiyi birgə reyddə cərimlənib.

20 yük nəqliyyat vasitəsi sürücüsündən 2-sinin, 21 sərnişindaşıma təyinatlı nəqliyyat vasitəsinin sürücüsündən isə 9-unun müvafiq sənədlərə malik olduğu müəyyən edilib. 14 sürücüyə bildiriş verilib və onlar reysqabağı texniki yoxlamadan keçirilmə ilə bağlı maarifləndirilib.

Buraxılış kartı və buraxılış vəsiqəsi olmayan 11, sərnişin daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5-i olmaqla, ümumilikdə 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.


Telegram kanalımız
Seçilən
30
5
yenisabah.az

10Mənbələr