AZ

AYNA və BDYPİ birgə reyd keçirdi: 16 sürücü barəsində inzibati xəta protokolu tərtib edildi

Bakı. Trend:

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarına dairdaşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayətetmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin busahədə maarifləndirilməsi məqsədilə Azərbaycan Yerüstü NəqliyyatAgentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgəreyd keçiriblər.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, reyd zamanı daşıyıcıların mülkiyyət, icarə vəistifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətininreysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinintəşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi vəkartlarının mövcudluğu yoxlanılıb.

20 yük nəqliyyat vasitəsi sürücüsündən 2-sinin, 21sərnişindaşıma təyinatlı nəqliyyat vasitəsinin sürücüsündən isə9-unun müvafiq sənədlərə malik olduğu müəyyən edilib. 14 sürücüyəbildiriş verilib və onlar reysqabağı texniki yoxlamadan keçirilməilə bağlı maarifləndirilib.

Buraxılış kartı və buraxılış vəsiqəsi olmayan 11, sərnişindaşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı5-i olmaqla, ümumilikdə 16 sürücü barəsində inzibati xəta haqqındaprotokol tərtib edilib. Maarifləndirici reydlər davametdirilir.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyintələblərini yerinə yetirmək məqsədilə sərnişin və yük daşmalarınıyerinə yetirən daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağıtexniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyatakeçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaqtövsiyə olunur.

Məqalədə:
Seçilən
7
10
az.trend.az

10Mənbələr