Alman mediası ABŞ-ın İsrailə gizli şəkildə bomba çatdıra biləcəyini iddia edib.
Bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb. ABŞ gizli şəkildə GBU-57A/B super ağır bomba və B-2 bombardmançı təyyarəsini İsrailə icarəyə verə bilər ki, Tel-Əviv İranın Fordodakı uran zənginləşdirmə obyektini təkbaşına məhv etsin.
“Lakin, iki müttəfiq həm də yaradıcı yanaşma seçə bilər, məsələn, ABŞ bomba və təyyarəni, o cümlədən pilotu qısamüddətli, tam xidmətli icarə əsasında israillilərə bir və ya iki missiya üçün təhvil verə bilər”, – xəbərdə deyilir.
Həmçinin qeyd olunub ki, İsrailin çox ağır bombadan istifadə etməsi ABŞ-ı İranla müharibəyə sürükləyə bilər.
//Gülnarə Abasova, Editor.az