Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən də gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin TASS-ın dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.
Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmuna malikdir.
“Bizim yaxşı layihələrimiz var. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”, - o bildirib.