ABŞ-ın yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə vurmağa hazırlaşır.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Onların fikrincə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var.
Eyni zamanda, ABŞ-da “bir neçə federal qurumun yüksək rütbəli rəhbərliyi” də zərbəyə hazırlaşır.
Mənbələr bildiriblər ki, Amerika lideri Donald Trampın ABŞ-ın İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər Respublikaçı müttəfiqlərin təzyiqləri nəticəsində xeyli dəyişib.