AZ

Yüksək bal toplayan müəllimlər DANIŞDI

Ötən gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər danışıblar.

Viral.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onlardan biri Bakı şəhər 156 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ləman Əlizadədir.

63209c0f d266 476a 9d1b e1669463c7f3 0ac6a5f3 9ef5 41e0 8cf6 91067a4ec6dc

Son Yazılar:

O, imtahandan 59 bal toplayıb:

“Suallar normal idi, asan, orta və çətin dərəcəli suallar vardı. Bəzi suallar üzərində düşündüm, hətta bir sualın cavabını sonradan dəyişdim. Düşünürəm ki, həmin dəyişikliyim səhv oldu. Qalan suallara düz cavab verdim”.

Bakının 112 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Zülfiyyə Həsənova isə imtahanda 55 bal toplayıb. Müəllim bildirib ki, imtahana ixtisas üzrə ayrıca hazırlaşmağa ehtiyac duymayıb. Onun sözlərinə görə, suallar gündəlik dərs prosesində istifadə etdiyi vəsaitlər əsasında tərtib olunduğundan imtahan o qədər də çətin olmayıb:

fc91bba0 1b14 49a7 818f f14f9287e20a e8073fd6 25f8 4547 81d3 a72c4fb8af01

“Əsasən, kurikulum, metodika və pedaqogika üzrə mövzulara diqqət yetirdim. Bu istiqamətlər üzrə mövzuları müəyyən qədər təkrar etməyim faydalı oldu”.

Naxçıvan MR-in 3 müəllimi bu imtahanda 57 bal toplayaraq yüksək nəticə əldə edib. 

Onlardan biri – Xəyalə Rzayeva Ordubad rayonu Dəstə kənd tam orta məktəbinin ingilis dili müəllimidir.

ca42992b 4bb7 48e1 bc61 69e926b2fafe be6215fb 85f0 4b34 be0c a393e6443ee0

Müəllimin fikrincə, imtahan nisbətən çətin olsa da, yaxşı nəticə göstərmək mümkün olub:

“Son vaxtlar kurikulumla bağlı testlər edirdim, amma ixtisas mövzularını bildiyim üçün xüsusi hazırlaşmamışdım. Məncə, 11-ci sinfə dərs deyən bütün müəllimlər sualları asanlıqla yaza bilərlər. Proqramdan kənar heç bir əlavə sual yox idi. Sadə, gündəlik istifadə etdiyimiz kompüterlə işləmək çox rahat idi”.

Babək rayonu Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Turan Hüseynova 57 bal toplayan müəllimlərdən biridir.

e2731b80 7cfd 4216 8fb1 94fa5697136d cdd29594 104a 432c 8a5b ecf4955b0ac7

Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aysun Cəfərova da 57 bal yığıb.

f4e30721 5c6d 4faa 800e 578f708512f4 c724f73d 259f 48fd a527 c66d869cadbd

 

Seçilən
9
5
viral.az

6Mənbələr