ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, bu diapazon 2024-cü ilin dekabrından qalır.
"İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalıb, lakin yüksək olaraq qalır", - məlumatda deyilir.
FED-in qərarı bazar gözləntiləri ilə üst-üstə düşüb. CME birjası tərəfindən hesablanan "FedWatch"in məlumatına görə, məzənnənin saxlanma ehtimalı 99,9 % təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.