AZ

Cənubi QafqazErmənistan Rusiyaya nota verdi


Ermənistan rusiyalı teleaparıcı Vladimir Solovyovun çıxışına görə Rusiyaya nota verib.

News24.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İrəvan Rusiyada bəzi hakimiyyət nümayəndələrinin erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Xatırladaq ki, Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar. Ermənistanın istintaq orqanları Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib.





Seçilən
22
3
news24.az

5Mənbələr