İsrail Silahlı Qüvvələri İranın daxili təhlükəsizlik qərargahına zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat yayıb.
“Biz indicə İranın daxili təhlükəsizlik qərargahını, rejimin əsas repressiya orqanı olan qərargahını məhv etdik. Söz verdiyimiz kimi, rejimin simvollarına hücum etməyə və lazım olan yerdə ayətullahların hakimiyyətinə zərbə vurmağa davam edəcəyik”, - Katz qeyd edib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb.
İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.
İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.
Bizim.Media