EN

İsrail İranın təhlükəsizlik qərargahını VURDU

İsrail Silahlı Qüvvələri İranın daxili təhlükəsizlik qərargahına zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat yayıb.
 

“Biz indicÉ™ İranın daxili tÉ™hlükÉ™sizlik qÉ™rargahını, rejimin É™sas repressiya orqanı olan qÉ™rargahını mÉ™hv etdik. Söz verdiyimiz kimi, rejimin simvollarına hücum etmÉ™yÉ™ vÉ™ lazım olan yerdÉ™ ayÉ™tullahların hakimiyyÉ™tinÉ™ zÉ™rbÉ™ vurmaÄŸa davam edÉ™cÉ™yik”, - Katz qeyd edib.


Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb.

İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

Bizim.Media

Chosen
8
bizim.media

1Sources