AZ

BMT: "2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"

2024-cü ildə dünyada öldürülən jurnalist və media işçilərinin sayı 2023-cü illə müqayisədə 10%-dən çox artaraq 74 nəfərdən 82-yə çatıb...

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, bu qətllərin 60%-dən çoxu silahlı münaqişə zonalarında baş verib. Bu göstərici son 10 ildə ən yüksək həddə çatıb.

BMT eyni zamanda bildirir ki, 2024-cü il ərzində dünyada baş verən münaqişələr nəticəsində həlak olan mülki vətəndaşların sayı əvvəlki illə müqayisədə 40% artaraq azı 48 384 nəfərə çatıb.

Poliqon.info

Seçilən
7
3
poliqon.info

4Mənbələr