AZ

Avtomobil təmiri sexində qardaşının meyitini TAPDI


Bu gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin “Mahrasa bağları” adlanan ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.

Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb. (Qafqazinfo.az)

Bizim.Media

Seçilən
42
5
bizim.media

3Mənbələr