AZ

Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı

Bu gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin "Mahrasa bağları" adlanan ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.

Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.(qafqazinfo.az)

Milli.Az

Seçilən
45
5
milli.az

3Mənbələr