AZ

İlham Əliyev Türkiyəyə gedir

Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək.

Gundem.az "Haber Global"a istinadən xəbər verir ki, Prezident səfər çərçivəsində 2023-cü ilin fevralında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi”nin açılış mərasimində iştirak edəcək.

Səfər zamanı cari regional hadisələrlə yanaşı, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə dair fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulub.

Seçilən
15
2
gundem.az

3Mənbələr