Bu gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Mahrasa bağları” adlanan ərazisində qeydə alınıb.
2010-cu il təvəlüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib.
Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Yunis Quliyev