AZ

Prezident İlham Əliyev 19 iyunda Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 19 iyunda  Türkiyəyə səfər edəcək.

AzPost bildirir ki, bunu Türkiyənin kommunikasiya naziri Fahrettin Altun açıqlama verib.

Səfər zamanı Ərdoğan İlham Əliyevin iştirakı ilə Kahramanmaraş şəhərində 2023-cü ilin fevralında Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan tərəfindən “Azərbaycan məhəlləsi” adı ilə tikilən daimi yaşayış evlərinin açılışı  baş tutacaq.
Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin müzakirəsi ilə yanaşı, cari regional hadisələrlə bağlı görüşlərin mübadiləsi də nəzərdə tutulub.

AzPost.az

Seçilən
5
1
azpost.info

2Mənbələr