Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 19 iyunda Türkiyəyə səfər edəcək.
AzPost bildirir ki, bunu Türkiyənin kommunikasiya naziri Fahrettin Altun açıqlama verib.
Səfər zamanı Ərdoğan İlham Əliyevin iştirakı ilə Kahramanmaraş şəhərində 2023-cü ilin fevralında Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan tərəfindən “Azərbaycan məhəlləsi” adı ilə tikilən daimi yaşayış evlərinin açılışı baş tutacaq.
Səfər zamanı Türkiyə ilə Azərbaycan arasında münasibətlərin müzakirəsi ilə yanaşı, cari regional hadisələrlə bağlı görüşlərin mübadiləsi də nəzərdə tutulub.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.