AZ

"Sabah"ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşdi

Bu gün UEFA-nın İsveçrədəki mənzil qərargahında avrokubokların püşkatma mərasimi keçirilir.

Publika.az xəbər verir ki, Çempionlar Liqası ilə yanaşı, Avropa Liqası və Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılır.

Azərbaycan kubokunun qalibi olan və Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Sabah"ın da hər iki turnirdəki rəqibi bəlli olur.

Paytaxt təmsilçisi “Çelye”ni (Sloveniya) keçərsə, 2-ci mərhələdə AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

"Sabah" məğlub olarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Birkirkara" (Malta), "Universitata" (Rumıniya) və "Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibinə rəqib ola bilər. Bu turnirin püşkatma mərasimi 16:00-da keçiriləcək.

Seçilən
15
1
publika.az

8Mənbələr