AZ

"Sabah" - "Selye" cütünün məğlubunun potensial rəqibləri

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq komandaların da Konfrans Liqasındakı rəqibləri müəyyənləşəcək. Püşkatma Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sabah" 1-ci təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu ilə qarşılaşacaq. Bu cütün məğlubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu komandalardan birinə rəqib olacaq: "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Birkirkara" (Malta), "Universitata" (Rumıniya), "Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi.

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Seçilən
8
2
football-plus.az

8Mənbələr