AZ

Azərbaycanda hakimlərin sayı üç dəfə artırılmalıdır - Ali Məhkəmənin sədr müavini

Bakı.Trend:
Ölkədə ədalət mühakiməsində səmərəliliyin təmin edilməsindəhakimlərin fəaliyyəti mühümdür.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasınınfəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyisahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda çıxışızamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini ÇingizƏsgərov deyib.

Onun sözlərinə görə, hakimlərin sayı nə qədər çox olarsa,onların iş yükü bir o qədər azalır:

"Bu halda hakimlər tərəfindən qəbul edilən qərarların keyfiyyətidə artır. Təəssüflə qeyd etməliyik ki, hazırda Azərbaycanda cəmi650 hakim fəaliyyət göstərir. Bu isə hər 10 min nəfərə cəmi 6.5hakim düşməsi deməkdir. Avropa Şurasının statistik göstəricilərinəəsasən, hər 10 min nəfərə orta hesabla 17-18 hakim düşür. Deməli,Azərbaycanda hakimlərin sayını təxminən üç dəfə artırmalıyıq".

O əlavə edib ki, 2019-cu ildə hakim ştat vahidlərinin sayı 800-əçatdırılıb:

"Lakin son 6 ildə yalnız 650 nəfərin hakim kimi fəaliyyətəbaşlamasına nail olmuşuq. Məhkəmə-Hüquq Şurası tərəfindən ötən ilqəbul edilmiş qaydalar nəticəsində hakimlərin seçilməsi prosesindəmərhələlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb".

Seçilən
20
2
az.trend.az

3Mənbələr