AZ

Bu komandalardan biri "Qarabağ"ın ilk rəqibi olacaq - Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qurban Qurbanovun komandasının potensial rəqiblər arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək

"Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFS (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) və "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütlərinin qalibləri olacaq.

Mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.

Seçilən
19
5
sportinfo.az

10Mənbələr