ain.az bildirir, Sia Az portalına istinadən.
"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. SİA xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.
Səpələnmişlər səbətində yer alan Qurban Qurbanovun komandası üçüncü qrupda qərarlaşıb.
Komandamızın mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.
Qeyd edək ki, I təsnifat mərhələsi iyulun II təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.