AZ

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65 ci plenar sessiyası keçirilir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, plenar sessiyada “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
50
azertag.az

10Mənbələr