AZ

Avtomobil lizinqi şirkətinin gəlir və mənfəətində sıçrayış baş verib

Avtomobil lizinqi şirkəti "Legion Financial" ASC 2024-cü ili 1 milyon 214 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 616 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Legion Financial" ASC-nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 598 min manat və ya 97% (2 dəfəyə yaxın) artıb.

Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Legion Financial"ın faiz gəlirləri 2023-cü ildə 893 min manat ikən, 2024-cü ildə 2 milyon 213 min manata yüksəlib (1 milyon 320 min manat və ya 1,5 dəfə artıb). Şirkətin qeyri-faiz gəlirləri isə 43 min manatdan 402 min manata yüksəlib (9,3 dəfə artıb). 

Ötən il "Legion Financial"ın lizinq portfeli 2 dəfədən çox artaraq 2023-cü ilin sonundakı 4 milyon 727 min manatdan 31 dekabr 2024-cü il tarixində 10 milyon 51 min manata yüksəlib. 

 

 

Seçilən
23
marja.az

1Mənbələr