AZ

Nəzarət olunmayan zonalarda terror aktlarına zəiflik səviyyəsi orta-yüksək qiymətləndirilir

Nəzarət edilməyən zonalarda terror aktlarının baş vermə ehtimalı yüksək olmaqla yanaşı, zəiflik səviyyəsi də ORTA-YÜKSƏK kimi qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası’nda əksini tapıb.

Bu zonalarda təhlükəsizlik tədbirlərinin zəifliyi və nəzarətin məhdud olması terrorçular üçün əlverişli şərait yaradır.

Terror aktlarının qarşısını almaq üçün insan davranışlarının müşahidəsi və şübhəli şəxslərin vaxtında aşkarlanması vacibdir.

Videomüşahidə, patrulluq xidməti və fiziki nəzarət tədbirləri gözlənilməzlik prinsipi ilə həyata keçirilməlidir.

Eyni zamanda, ictimai zonalarda texniki vasitələrlə daimi nəzarət və xüsusi təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Bunlar terror hücumlarının qarşısını almaqda mühüm rol oynayır və potensial riskləri azaltmağa xidmət edir.

Seçilən
30
heftelik.az

1Mənbələr