AZ

G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İsrail-Fələstin münaqişəsinin danışıqlar yolu ilə siyasi yolla həllinin vacibliyini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə iyunun 17-də G7 sammitinin sədri, Kanadanın baş naziri Mark Karni tərəfindən yayılan bəyanatda qeyd olunub.

“Liderlər Qəzzaya maneəsiz humanitar yardımın çatdırılmasının, bütün girovların dərhal azad edilməsinin və eyni zamanda daimi atəşkəsin vacibliyini müzakirə ediblər. Həmçinin, İsrail-Fələstin münaqişəsinin uzunmüddətli sülhə gətirib çıxaracaq danışıqlar yolu ilə siyasi həllinin zəruriliyi vurğulanıb”, – sənəddə deyilir.

G7 liderləri İsrailin Qəzza zolağında radikal Fələstin hərəkatı olan HƏMAS, həmçinin İranla bağlı mövcud münaqişələri də müzakirə ediblər. Kanadanın baş naziri, G7-nin iyunun 16-da yaydığı bəyanatdan çıxarışlara istinadən bildirib ki, İran ətrafında yaranmış böhranın həlli regionda gərginliyin azalmasına səbəb olmalıdır.

Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-nin etirazlarına görə G7 ölkələri Ukrayna ilə bağlı birgə bəyanatla razılaşmayıblar. Bunun əvəzinə, Mark Karni sammitin sədri qismində ayrıca bəyanatla çıxış edib və burada digər məsələlərlə yanaşı, Ukrayna və Yaxın Şərqdəki vəziyyətə də toxunub.

Seçilən
60
operativmedia.az

1Mənbələr