"İslam Respublikasının sonu çatıb və o süqut etməkdədir. Başlanmış bu prosesi dayandırmaq mümkün deyil".
Hakimiyyet.az xəbər verir ki, bunu İran xalqına müraciətində ölkənin vəliəhd şahzadəsi Rza Pəhləvi deyib.
O, müvafiq videosunu rəsmi "X" hesabında paylaşıb:
"İndi ayağa qalxmaq, İranı geri almaq vaxtıdır", - deyə vəliəhd bildirib.
Qeyd edək ki, Rza Pəhləvi İranın son şahı olan Məhəmməd Rza Pəhləvinin oğludur.